Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı 04 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8651 manat təşkil edir.
1 türk lirəsi 0,2986 manat, 1 rus rublu 0,0262 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5735 manatdır.