Hadisə

Cahangir Hacıyev apelyasiya şikayəti verib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.

Bu barədə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla 14 il 6 ay azadlıqdan məhrum edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)