Baş Prokurordan "18 milyon manatlıq" zərər açıqlaması

"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".
Bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".
Eləcə də bax: "Çağrı Mərkəzinə edilən zənglər Baş prokurora məruzə olunacaq"