Sosial iqtisadiyyat

"Çağrı Mərkəzinə edilən zənglər Baş prokurora məruzə olunacaq"

"Bu günə qədər də Baş Prokurorluğun "Qaynar xətti" ilə əlaqə mərkəzi mövcud idi. Həmin mərkəz də normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır".

ENA.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Çağrı Mərkəzi "961" nömrəli olacaq: "Vətəndaşlarımız bu nömrəyə pulsuz zəng edə biləcəklər. Həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda, prokurorluğun faəliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Bütün proseslər auido yazı ilə təsbit olunacaq. Edilən zənglər Baş prokurora məruzə olunacaq. Hər bir ərizə Baş prokuror tərəfindən qərarların icrası ilə bağlı müvafiq tapşırılıqlar veriləcək"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department