Sosial iqtisadiyyat

Vilayət Eyvazovdan generalın yerinə - TƏYİNAT

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

ENA.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Teymur Hacıyev təyinat alıb. 

O, bundan əvvəl Mingəçevir Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)