Vilayət Eyvazov onları işdən çıxardı
Samuxda iki rəis müavini vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə rayn polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Onların yerinə hələ ki təyinat olmayıb.


















