Dayanacaqlardakı monitorların fəaliyyəti tam bərpa olunacaq

“Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının mütləq əksəriyyəti 2020-ci ildən kart sisteminə keçəcək”.
ENA.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
“Hazırda bu keçid təmin olunmaqdadır. Paytaxtda fəaliyyət göstərən 2 100 avtobusdan 503-ü kart sisteminə keçib. Bu isə ümumi avtobus parkının 25%-dir. Avtobusların kart sisteminə keçid tam təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti tam bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər”, - o bildirib.