Sosial iqtisadiyyat

Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarını ləğv edib

Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarı ləğv edib.

ENA.az xəbər verir ki, bu barədə Adil İsmayılov məlumat verib:

"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi" - vəkil bildirir

Qeyd edək ki, Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edilimişdi. Bu qərar intizam icraatı çərçivəsində qəbul edilib.

Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)