Aqrar

"Azərbaycanda köçəri arıçılığa son qoyulmalıdır"

"Hazırda arıçılığın inkişafı ilə bağlı qarşımızda duran ən vacib məsələlərdən biri də bu sahənin yem təminatının formalaşdırılması ilə bağlıdır. Nazirlik olaraq, biz təklif edirik ki, Azərbaycanda köçəri arıçılığa son qoyulmalıdır. Yəni, arıxanalar bilavasitə yemin yanına aparılmalı deyil. Əksinə, yem arıxananın yanına gətirilməlidir".

Bu sözləri Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Hazırda dünyada ən çox istifadə olunan yem bitkilərinin Azərbaycanda da çox asanlıqla yetişdirməyin mümkün olduğunu vurğulayan nazir müavini bildirib: “Artıq Arıçılıq Mərkəzində pilot olaraq lavanda və rozmarin bitkiləri yetişdirilir. Arıçılar Mərkəzlə əlaqə saxlayaraq sahənin inkişaf etdirilməsində maraqlı olmalıdırlar. Çünki Azərbaycanın bitki aləminin zənginliyinə baxmayaraq, arıçılığın davamlı inkişafına nail olmaq üçün bu sahənin müvafiq yem təminatı olmalıdır. Hesab edirik ki, növbəti illərdə arıçılıq Azərbaycanda ən vacib və gəlirli sahələrdən birinə çevriləcək və aqrar sahənin inkişafına öz töhfəsini verəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)