"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb
Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.
ENA.az xəbər verir ki, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb. Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib. Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.