İşsizlərin çoxu bu rayona toplaşıb - RƏQƏMLƏR DANIŞIR
2018-ci ilin sentyabr ayında Bakıda işsizlərin sayı azalıb.
"BI" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib. Bildirilib ki, bu ilin avqustunda paytaxtda ümumilikdə şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 min 553 nəfər olub. Sentyabrda isə bu rəqəm 449 nəfər azalaraq 18 min 104 nəfərə düşüb. Onlardan cəmi 539 nəfərinə işsizliyə görə müavinət verilib. İşsizlərə hesablanan orta aylıq məbləğ 211,33 manat olub.
Bakı şəhəri üzrə işsiz statusu olan şəxslərin 7 min 113 nəfərini qadınlar, 10 min 991 nəfərini isə kişilər təşkil edib.
İşçi qüvvəsinə olan tələbat isə sentyabr ayının sonuna şəhər üzrə cəmi 2 339 nəfər olub. Onlardan 2048 nəfəri fəhlələrdir.
Məlumata görə, sentyabrda ən çox işsiz Xətau rayonunda qeydiyyata alınıb - 3 609 nəfər. Ən çox müavinət alan da bu rayondandır -119 nəfər.
Nəsimi rayonunda isə 2 804 nəfər işsiz kimiqeydə alınıb. Onlardan cəmi 35 nəfərinə işsizliyə görə müavinət verilib. İşsizlərin sayına görə siyahəda 3-cü yeri 2 309 nəfərlə Yasamal rayonu tutur. Onlardan 67 nəfəri müavinət ala bilib.
Ən az işsizlik isə Pirallahı rayonundadır. Burada cəmi 35 nəfər işsizkimi qeydiyyata alınıb. Onlardan 4 nəfərə müavinət verilib.
2018-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə aşağıdakı kimi xarakterizə olunur:
|
İşsiz statusu olan şəxslər, nəfər |
onlardan işsizliyə görə müavinət alanlar |
Bakı şəhəri- cəmi |
18 104 |
539 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
850 |
71 |
Qaradağ |
538 |
47 |
Xəzər |
1 459 |
13 |
Səbail |
648 |
23 |
Sabunçu |
1 135 |
59 |
Suraxanı |
1 634 |
25 |
Nərimanov |
1 779 |
37 |
Nəsimi |
2 804 |
35 |
Nizami |
1 304 |
39 |
Xətai |
3 609 |
119 |
Yasamal |
2 309 |
67 |
Pirallahı |
35 |
4 |