"Apple" göz ilə oyun oynama imkanı yaradacaq
ABŞ mərkəzli texnologiya şirkəti "Apple" ağıllı cihazların göz təqibi texnologiyasını inkişaf etdirmək üçün yeni patent alıb.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, patentə çox istifadəçili göz izləmə adı verilib. Bunun səbəbi isə "Apple"ın kamera ilə yeni istifadəçilərin olub-olmamasını yoxlaya biləcək olmasıdır.
İddialara görə "Apple" bu patentdən video oyunlarda istifadə edəcək. Bir göztanıma manevri ilə əməliyyatlar asanlıqla həyata keçirilə biləcək, yəni oyunçular öz simvollarını gözləri ilə idarə edə biləcəklər.
Bu texnologiyanın yalnız oyunlar və ya telefonlarla məhdudlaşmayacağı və həkimlər tərəfindən əməliyyat zamanı da istifadə edilə biləcəyi ifadə edilir. Əməliyyat zamanı həkimlər, köməkçiləri və ya tibb bacıları eyni ekrana baxmaq məcburiyyətində qala bilər ki, elə bu vaxt da göz təqib texnologiyası işə keçəcək.