Azərbaycanda məhkəmə hakimi işdən çıxarıldı
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
ENA.az xəbər verir ki, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.
O cümlədən Bərdə Rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.
Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.