İlon Mask Səudiyyəni jurnalistin qətlinə görə cəzalandıracaq
İş adamı İlon Mask bəyan edib ki, “Tesla” şirkətinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyə dəstəyindən imtina etməsi mümkündür.
"BI" bu barədə CNBS-ə istinadla xəbər verir.
“Düşünürəm ki, böyük ehtimalla, biz bu addımı atacağıq”, - Mask deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının müstəqil rifah fondu bir neçə dəfə Maska onun şirkətinin bir hissəsinin alınması xahişi ilə müraciət edib.