Sosial iqtisadiyyat

"Gəlirlərini bəyan etmək istəməyənlərin səsi gur gələ bilər..."

"Kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olur".

ENA.az xəbər verir ki, bu sözləri Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib. "Kölgə iqtisadiyyatına qarşı mübarizə" mövzusunda bu gün keçirilən konfransda çıxışında bildirib ki, prezident kölgə iqtisafiyyatını "böyük bəla" adlandırıb.

Onun sözlərinə görə biznes leqal fəaliyyətə keçid edir. "Gəlirlərini bəyan etmək istəməyənlərin sayı az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu müvəqqəti haldır. Qanunsuz sahibkarların ədalətsiz rəqabətinə mane olacağıq", deyə nazir bildirib.

Nazirin sözlərinə görə, sahibkarlar gəlir və mənfəətlərini leqallaşdırmağa başlayıblar. Vergidən yayınmanın daha çox rast gəlindiyi ticarət, xidmət sahələrində gəlirlərin leqallaşmasının səviyyəsində yüksəlmə müşahidə olunur. Nazir bildirib ki, ƏDV dövriyyəsinin həcmi vergi bazasında artıb. "Bu ilin ötən dövründə 562 səyyar yoxlama aparılıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə azalıb. Əsasən də audit və mühasiblə işləyən şirkətlərdə bu yoxlamalrın keçirilməsinə ehtiyac görülməyib".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department