Vakansiyalar

Espresso Club Azerbaijan işçi axtarır - MAAŞ 800 MANAT

Espresso Club Azerbaijan

Mühasib

Vəzifə öhdəlikləri:

- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Mal-materialların uçotunun aparılması;
- İşçilərin əmək haqqlarının hesablanması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Digər vakansiyalar BURADA

Tələblər

- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- MS Office proqramları üzrə biliklər, BTP, EFP proqramları ilə işləmə bacarığı;
- İnternet Banking vasitəsilə online ödənişləri həyata keçirmə bacarığı;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 10:00-20:00, həftənin bazar ertəsi – şənbə
- Əmək haqqı – 800 AZN
- İstirahət günü: bazar günləri
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Zəhmət olmasa CV-lərinizi hr@imic.az emailinə göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department