Sosial iqtisadiyyat

Bakıda şirkət 294 min manat cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “İnterximservis” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

ENA.az xəbər verir ki, Palatanın tərtib etdiyi protokola əsasən, Nərimanov Rayon Məhkəməsi şirkəti 293 min 920 manat cərimə edib.

Məhkəmədə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnməsi məsələsinə baxılıb.

Qərara əsasən, “İnterximservis” MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 776 min 376 avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 155 min 275,2 avro, 293 min 920 manat 40 qıpik məbləğində inzibati cərimə edilib.

Bu qərardan “İnterximservis” MMC-nin nümayəndəsi və vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “İnterximservis” MMC tikinti fəaliyyəti ilə məşğul olan şirkətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)