“Volkswagen” loqotipini dəyişir - FOTO
“Volkswagen” şirkəti özünün 10-cu loqotipini təqdim edib. Yeni loqotip isə ilk dəfə şirkətin Volfsburqda yerləşən yüksəkmərtəbəli binasında görünüb.
ENA.az xəbər verir ki, “Kommersant” nəşri yazdığına görə, avtomobil istehsalçısı 3D üslubundan imtina edib və ikiölçülü embleme yenidən qayıdıb. Bu birinci loqotipdir ki, W hərfinin sonları çevrə ilə əhatə olunmayıb.
Yeni loqo
“Yeni dizayn Volkswagen üçün yeni eranın başlanğıcı anlamına gəlir”, - deyə konsernin İdarə Heyətinin üzvü Yurqen Stakmann deyib.
Köhnə loqo
“Volkswagen”dən deyirlər ki, yeni loqotip qısa müddətə hazırlanıb və kənar agentliklərdən əməkdaş cəlb edilməyib. Yeni loqotipin hazırlanmasında, təkcə şirkətin ştat işçiləri iştirak edib.
Həmçinin təşkil edilən konfransda deyilib ki, yeni loqotipin təqdim olunmasından sonra, dünyanın 154 ölkəsinə toxunacaq qlobal rebrendinq həyata keçiriləcək.
Birinci dəyişiklik Avropada, daha sonra Çin Şimali və Cənubi Amerikada keçiriləcək. 2020-ci ildən isə qalan digər bazarlarda.
Bundan başqa, yeni loqotipin elan edilməsindən sonra, avtomobil istehsalçısı elektrik mühərrikli avomobili olan Volkswagen ID.3-ü təqdim edib. Onun qiyməti isə hələki məlum deyil.