Axtar

Azərbaycan səfiri İsveçrənin iş adamlarını Bakıya gətirir

İsveçrənin iş adamları bu ilin oktybarında Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova məlumat verib.

Azərbaycanlı xanım səfirin sözlərinə görə, isveçrəli iş adamları Azərbaycana onun dəvəti ilə gəlir:

“Azərbaycanın İsveçrədəki Səfirliyi və İsveçrənin  Ticarət və Sənaye Palatası bu günlərdə birgə forum təşkil edib. Foruma 85 isveçrəli biznesmen də qatılmışdı. Biznes-forumda ölkəmizdə mövcud olan biznes mühiti və sərmayə imkanları haqqında təfərrüatlı təqdimatla çıxış edərək,  İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət etdim. Həmin təqdimatdan sonra cari ilin oktyabrında Qərbi İsveçrənin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri dəqiqləşdi. Onu da qeyd edim ki,  bu səfərdə 30 şirkət  iştirak edəcək”.

Qeyd edək ki, səfir Xanım İbrahimova  forumdakı çıxışı zamanı  Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıb. Bu kontekstdə xüsusilə iki ölkənin prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf üçün bünövrə rolu oynadığı vurğulanıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33