MALİYYƏ

“Visa” Azərbaycandakı fəaliyyətinin üç istiqamətini açıqlayıb

"Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanın maliyyə bazarında bundan sonra izləyəcəkləri strateji öncüllükləri açıqlayıb. "Visa İnternational"ın Qafqaz regionundakı yeni direktoru Kristina Doros Azərbaycanda "Visa Token Service"nin tətbiqinə həsr olunmuş mətbuat konfransında ölkədəki fəaliyyətlərinin üç strateji istiqamətini sadalayaraq, Azərbaycan bazarına yeniliklər gətirəcəklərini deyib.

"Bunun ən bariz nümunəsi "Visa Token Service" texnologiyasının tətbiqi olacaq", – deyən regional direktor başqa bir mühüm istiqamətin Azərbaycanda ödəniş kartlarından gündəlik həyatda daha geniş istifadə edilməsinə dəstək olduğunu söyləyib: "Bunun üçün "Visa" şirkəti tərəfdaşları ilə birgə müxtəlif təşviqat kampaniyaları keçirir. Məqsəd bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarında kartlardan daha çox istifadə etmələridir”.

Azərbaycan bazarında inkişaf etdirəcəkləri üçüncü mühüm istiqamətin də mükafat məhsulları, yəni müştərilərə kartlardan istifadə edərkən müxtəlif imtiyazlar qazandırmaqla bağlı olduğu diqqətə çatdırılıb: "Azərbaycanda bütün strateji istiqamətlərin inkişafında başlıca amilin şirkətimizin yerlərdə iştirakını artırmaq olacağını məmnuniyyətlə qeyd etmək istərdim".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)