Vilayət Eyvazovdan yol polisində yeni - RƏİS TƏYİNATI
Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
ENA.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev saytımıza təyinatı təsdiqləyib.


















