Rəsmi

Gürcüstan marixuana ilə bağlı qanun layihəsini parlamentdən geri götürür

Gürcüstanın hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək.

BI xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze patriarx II İlya ilə bu gün keçirdiyi görüşdən sonra bildirib.

O deyib ki, qanun layihəsinin qanunverici orqandan geri çağırılması cəmiyyətin bu məsələyə münasibəti ilə əlaqədardır.

Qeyd edək ki, II İlya ilə keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria da iştirak edib.

Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladğı qanun layihəsini Gürcüstan Patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)