Gündəm

ABŞ İran nefti və neft məhsulları ilə ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırıb

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran mənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, satışı, tədarükü və daşınması ilə bağlı əməliyyatlara avqustun 21-dək sanksiyalardan müvəqqəti azadolma verib.

Sənəd sanksiya siyahılarına daxil edilmiş gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatları da əhatə edir.

Dərc olunan sənədə əsasən, qeyd olunan məhsulların ABŞ-yə tədarükü ilə bağlı əməliyyatlara da icazə verilir. Bundan əlavə, İran mənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının alınmasına görə İrana, İran hökumətinə və ya bloklanmış şəxslərə çatmalı olan ödənişlər ABŞ dolları ilə həyata keçirilə bilər.

Qərar Vaşinqton və Tehran arasında əldə olunmuş son razılaşmalar fonunda enerji bazarlarında tədarükün sabitliyini təmin etməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)