Rəsmi

Türkmənistan Prezidenti Azərbaycana gəlib

Bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib.

ENA.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)