Bank

"AFB Bank"dan "Bank of Baku"ya transfer olub

"Bank of Baku" ASC-də yeni təyinat olub.

ENA.az xəbər verir ki, Vitaliy Biryuçkov Bankın tərəfdaşlarla iş bölməsinə rəhbər təyin edilib.

O, bu barədə "Facebook" sosial şəbəkəsindəki profilində məlumat verib. Xatırladaq ki, V.Biryuçkov bundan əvvəl "AFB Bank" ASC-nin Biznesin inkişafı departamentinin marketinq bölməsinə rəhbərlik edib.

Onu da qeyd edək ki, "Bank of Baku"nun səhmlərinin 31,11%-nə nəzarət edən Hikmət İsmayılov həm də "AFB Bank"ın 99,64%-lik səhmdarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)