Sosial iqtisadiyyat

Gömrük Komitəsi tonal kremləri, süni kirpikləri satışa çıxarır

Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə müsadirə edilən malların satışı ilə bağlı növbəti hərrac keçirir.

ENA.az xəbər verir ki, hərraca çıxarılacaq malların ümumi dəyəri 7385 manatdır.

Maraqlıdır ki, bu dəfə hərraca çıxarılan malların əksəriyyəti gözəllik salonlarında istifadə edilən vasitələrdir.

Bura, "Milani" markalı tonal krem, "Airspun" markalı üz pudrası, "Dry İdea" antiperspirant, "Koko" süni kirpiklər, "Lilly Lashes" süni kirpiklər, "Lilly Lashes" kirpik qıvıran və digər mallar daxildir. Ancaq onların heç birinin qiyməti göstərilməyib.

Bundan başqa, iki ədəd "Samsung Galaxy A 600" (qeydiyyatsız) satışa çıxarılacaq. İkisinin qiyməti isə 1040 manatdır. Havanın kondisiyalaşdırılması üçün bir ədəd qurğu isə 24 664.50 manata təklif olunacaq.

Yeddi ədəd "Nike Air" qadın idman ayaqqabısı isə 1176 manata satışa çıxarılacaq. Beş ədəd "Armani" kişi idman ayaqqabısı isə 550 manatdan satılacaq.

Dövlət Gömrük Komitəsindən saytımıza bildirilib ki, hərrac avqust ayının sonuncu cümə günü (avqustun 30-u) keçiriləcək.

Qeyd edək ki, gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.

Hərracda iştirak üçün əvvəlcədən ilkin satış məbləğinin 5 faizi qədər beh və 0,5 faiz iştirak haqqı ödəmək vacibdir. Hərracda qalib ola bilməyən iştirakçılar behi geri alırlar.

Hərracın təşkilatçısı Dövlət Gömrük Komitəsinin "Azterminal" Birliyidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)