"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıb
![](https://ena.az/uploads/news/2019-08/_ena_4d41c807652544242f0ef5d71_o.jpg)
ABŞ-ın məşhur "Apple" şirkətinin baş direktoru və meneceri Tim Kuk öz "Twitter" səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.
T.Kuk fotonu avqustun 19-da qeyd edilən Beynəlxalq Fotoqrafiya Günü münasibətilə "iPhone" smartfonundan çəkilmiş şəkillər sırasından seçib.
"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı", - T.Kuk şəklə qeyd yazıb.
Qeyd edək ki, paylaşılan şəkil məşhur rusiyalı Instagram-bloger Mixail Zatulivetrov tərəfindən çəkilib. Bu, onun Azərbaycanın paytaxtına həsr elədiyi yeganə fotoşəkili deyil.