Sənaye

Tramp qısa sükutu pozdu: "Huawei" ABŞ üçün risk yaradan yeganə Çin şirkəti deyil 

ABŞ bazarlarında satılan qiymətli kağızlar ABŞ prezidenti Donald Trumpın növbəti "Çin açıqlamasından" sonra bahalaşmanı dayandırdı. "Belə bir anlaşmanın vacib olmadığını düşünürəm, Çinlə bir razılaşma etməyə hazır deyilik", sözlərindən sonra Tramp Fed-i bir daha böyük faiz endirimi etməyə çağırıb. Nəticə özünü çox gözlətməyib və Standard & Poor's 500 (S&P 500) indeksi 3 günlük yüksəlişi dayandırdı.

Bununla yanaşı, ABŞ-ın dövlət katibi Maykl Pompeo CNBC-yə bildirib ki, Huawei Technologies Co, ABŞ üçün risk yaradan yeganə Çin şirkəti deyil. 

Çərşənbə axşamı günü Dow Jones indeksi 173.35 bənd və ya 0.66 faiz azalaraq 25.962.44 bənd təşkil etdi. S&P 500 İndeksi günü 23,94 bal və ya 0,79 faiz azalaraq 2900,51 bəndlə başa vurub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)