Azərbaycanın milli antivirus proqramı hazırlanıb - İstifadəyə veriləcəyi tarix açıqlandı
Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır.
Bu barədə hökumətdəki mənbə bildirib.
“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat verilib.