"Astara Broyler Quşçuluq"in fəaliyyətinə xitam verilib
"Astara Broyler Quşçuluq" ASC-nin fəaliyyətinə xitam verilib.
ENA.az xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin sədri Bəxtiyar Quliyevin adından rəsmi qəzetdə dərc edilmiş elanda bildirilir.
"Astara Broyler Quşçuluq" ASC-nin səhmdarlarının 10 avqust 2019-cu il tarixli yığıncağının qərarı ilə "Astara Broyler Quşçuluq" ASC fəaliyyətinə xitam verildiyini elan edir”.