Birja

Neftin qiyməti Səudiyyə Ərəbistanının əlavə tədarük xəbərləri ilə düşüb (17.09.2026)

Neftin qiyməti Səudiyyə Ərəbistanının Oman üzərindən əlavə xam neft tədarükü həyata keçirəcəyi barədə xəbərlər fonunda ucuzlaşıb.

ENA.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,2% azalaraq bir barel üçün 104,59 ABŞ dollarına, WTI markalı neftin qiyməti isə 1,1% geriləyərək 101,29 dollara düşüb. Hər iki kontrakt əvvəlki sessiyada təxminən 3 dollar ucuzlaşıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Asiyadakı emal zavodlarına daha çox neft göndərmək üçün Oman sahillərində, Sohar limanı yaxınlığında gəmidən-gəmiyə transfer üsulundan istifadə edir. Bu addım ölkənin Şərq-Qərb neft kəmərinə hücumların qlobal tədarükə təsirini qismən azaltmağa yönəlib.

Bununla yanaşı, Hürmüz boğazı və Səudiyyə Ərəbistanının neft infrastrukturu ilə bağlı risklər bazarda qeyri-müəyyənliyi qoruyur

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)