2019-un ən bahalı - AVTOMOBİLLƏRİ
Müasir dövrdə hər kəs şəxsi avtomobilə sahib olmaq istəyir. Hərə öz cibinə uyğun olan avtomobil markalarına üstünlük verir.
Elə avtomobillər var ki, hamı onları öz qarajında görmək istəyər. Lakin bu, bir çoxları üçün sadəcə arzudur, çünki həmin avtomobillərin qiyməti fantastikdir.
ENA.az 2019-cu ildə dünya bazarlarında ən bahalı qiymətə satılan avtomobillərin siyahısını təqdim edir:
“Bugatti Chiron” - “Bugatti Veyron”un davamçısı hesab olunur. Bu avtomobil 2.4 saniyəyə 97 km/saat sürət yığır. Maksimum sürət isə saatda 420 kilometrdir. Qiyməti 2.9 milyon dollardır.
“Pininfarina Sergio Ferrari”nin qiyməti 3 milyon dollardır. Bir çox səbəblərə görə dünyanın ən gözəçarpan avtomobillərindən biridir. “Ferrari”nin ən bahalı modellərindən sayılır. Bu modelin sahibləri istehsalçılar tərəfindən xüsusi olaraq seçilir. Maksimal sürəti saatda 320 kilometrdir.
“Aston Martin Valkyrie”. Təəccüblüdür ki, istehsalçılar hələ rəsmi olaraq bu avtomobilin qiymətini elan etməyiblər. Lakin avtomobil biznesi üzrə mütəxəssislərin qiymətləndirmələrinə görə, nəqliyyat vasitəsinin dəyəri 3.2 milyon dollardır. Bu model “Aston Martin-Red Bull AM-RB 001” modelinin modifikasiya olunmuş versiyasıdır.
“Bugatti Veyron Mansory Vivere” 3.4 milyon dollar dəyərindədir. Sürəti və lüksü birləşdirən azsaylı bahalı avtomobillərdən biridir.
“Lykan Hypersport” modelinin də qiyməti 3.4 milyon dollardır. Avtomobil faraları brilyantdan hazırlanmış ledlərlə təchiz edilib.
Qiyməti 3.6 milyon dollar olan “McLaren P1 LM” bir çox avadanlıqlarına dəyişiklik edib.
4.5 milyon dəyərində olan “Lamborghini Veneno” avtomatlaşdırılmış mexaniki sürət qutusuna malikdir. 60 mil/saat sürətini 2.9 saniyəyə yığa bilir. Bu avtomobil modelindən cəmi doqquz ədəd olduğu bildirilir.
“Koenigsegg CCXR Trevita” 4.8 milyon dollara satılır. Maksimal sürəti saatda 410 kilometrdir.
“Maybach Exelero” isə 8 milyon dollardır. Bu avtomobil “2 qapılı kupe” kimi xarakterizə edilir. Avtomobilin salonu göz oxşayır, tünd və qırmızı dəriləri, neopren, parlaq qara karbon lifi və alüminium işləmələrlə fərqlənir.
2019-cu ildə ən bahalı avtomobil markası isə “Sweptail by Rolls Royce”dir. Bu avtomobili yaxtaya bənzədirlər. Amma göstəricilərinə görə heç də digər markalardan fərqlənmir. Sadəcə, sifariş əsasında istehsal edildiyi üçün eksklüziv hesab olunur. Avtomobil iki nəfərlikdir. Qiyməti isə 13 milyon dollardır.