“Jaguar Land Rover” ucuzlaşacaq - ŞİRKƏT ZİYANDA
Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı “Jaguar Land Rover”in satışları kəskin şəkildə aşağı düşüb.
İyul-avqust aylarında şirkət 13 faiz olmaqla 90 milyon dollar məbləğində gəlir itirib.
Ötən il isə bu vaxt ərzində şirkət gəlirlə işləmişdi. Avtomobil istehsalçıları hesab edir ki, gəlirlərin azalmasına, əsasən, “Brexit” prosesi ilə əlaqədar yaranmış qeyri-müəyyənlik səbəb olub.
Şirkət gəlirliliyi artırmaq üçün avtomobillərin qiymətini aşağı salacağını bildirib. Yeni strategiya şirkətə uzun dönəmdə gəlir gətirəcək.