Hadisə

“Epay”ın xəzinədarı şirkətin 30 min manatını mənimsəyib

Xəzinədar məşhur şirkətin pullarını mənimsəyib.

ENA.az xəbər verir ki, “Easy Pay” MMC-nin direktor müavini Əhməd Abdullayev polisə müraciət edərək MMC-nin xəzinədarı Z.Səttarovun şirkətə məxsus 30 min manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Easy Pay” (“Epay”) MMC elektron ödəniş operatorudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)