Bakı Funikulyoru istifadəyə verilir
![](https://ena.az/uploads/news/2018-10/_businessinsider_39732f6d48f9f274714ce6a7d_o.jpg)
Bakı Funikulyorunda aparılan təmir işləri başa çatıb.
BI xəbər verir ki, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.
Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı Funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.