Avtomobil

Çinin avtomobil sektorundakı rolu dəyişir

Çin, avtomobil sektorundakı satınalmalarını sürətləndirərək sektorda bazar rolundan investor roluna keçid edir
 
Qlobal avtomobil istehsalçıları üçün, uzun illərdir önəmli bir bazar olan Çin avtomobil və ağır yük maşını sektorundakı satınalmalarını sürətləndirərək sektorda investor rolunu oynayır.

 

ENA.az  xəbər verir ki, Çinli şirkətlərin Çinli olmayan avtomobil şirkətlərinə qarşı 2008-ci ildən bəri davam edən və yarısından çoxunun son iki ildə reallaşdığı alışları artmaqda davam edir. 
 

2010-cu ildə "Zhejiang Geely Holding Group" şirkətinin İdarə Heyətinin sədri, milyarder Liu Shufu-nun  "Ford Motor"dan "Volvo Cars" şirkətini alması bu keçiddə ilk oldu.
 

Bundan təxminən dörd il sonra, digər bir Çin şirkəti "Dongfeng Motor" şirkəti "Peugeot Citroen"in 14%-lik hissəsini aldı.
 

Bu sahədəki ən böyük investisiya olan "Geely"nin 2018-ci ildə 9 milyard dollara "Daimler"in təxminən  9.7%-ni satın alması şirkətin Almaniyanın lüks avtomobil şirkətinin ən böyük səhmdarı olmasını təmin etdi.

BAIC tərəfindən Çərşənbə günü açıqlanan satınalma, şirkəti "Daimler"in ən böyük üçüncü səhmdarı edib. Çinin avtomobil şirkəti "Beijing Automotive Industry Holding Co." (BAIC) Almaniyanın avtomobil istehsalçısı "Daimler AG" şirkətinin 5%-ini satın alıb.

 

Bunun Çin hökuməti tərəfindən qlobal bir avtomobil istehsalçısına yatırılan ən strateji investisiyası olduğu bildirilib. 

"Daimler" Mercedes-Benz" avtomobillərinin istehsalçısıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)