Yeni “iPhone”lar belə olacaq - FOTO
“Apple” sentyabrda üç yeni “iPhone” modeli təqdim edəcək.
Bu barədə “9to5mac.com” saytı məlumat yayıb.
Bildirilib ki, yeni modellər “Cebu” kod adı ilə tanınan A13 çipləri ilə təmin olunacaq. Smartfonlarda işıqlandırma konnektorları olacaq.
Yeni modellərin ekran ölçüləri “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR”dəki kimi olacaq.
Bundan əlavə, təqdim olunacaq yeni versiyalarda “3D Touch” funksiyasının əvəzində “Taptic Engine” texnologiyasından istifadə olunacaq ki, bu da ekrana toxunma həssasiyyətini artıracaq.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” “iPhone”un yeni modellərinin arxa panelində 3 kameradan istifadə olunacağını iddia etmişdi.