Azərbaycanda faylları şifrələnən internet istifadəçilərinin sayı açıqlanıb
Azərbaycanda internet istifadəçilərinin 41%-nin rəqəmsal qurğuları zərərverici proqramlara yoluxub.
BI xəbər verir ki bunu “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
M.Məmmədovun sözlərinə görə, onlardan təxminən hər ikincisi üçün buna bənzər münaqişələr son bir il ərzində ən azı iki dəfə baş verib.
"Nəticədə, istifadəçilərin təqribən yarısı fayllarını itirib (45%) və ya qurğunun ağır işləməsini (43%) müşahidə edib. Zərərçəkmişlərin hər beşincisi qurğunun bloklanması ilə rastlaşıb, istifadəçilərin 13%-nin qurğusunda fayllar şifrlənib",- deyə M.Məmmədov əlavə edib.