“AzInTelecom” “Vodafone Ukrayna”nı ala bilər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC Ukraynanın aparıcı mobil operatoru “Vodafone Ukrayna”nı ala bilər.
“ENA” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hazırda tərəflər arasında bununla bağlı danışıqlar gedir.
Sövdələşmə baş tutsa, onun dəyəri azı 700 milyon ABŞ dolları olacaq. Bununla belə, ekspertlər bu rəqəmin 1,2-1,3 milyard dollara qədər arta biləcəyi qənaətindədir.
“Vodafone Ukraine” 19,7 milyon abunəçiyə xidmət göstərir. “AzInTelecom”a gəlincə isə, bu şirkət 2015-ci ilin iyun ayında yaradılıb və "Azercell Telecom” MMC-də 51,3%-lik pay sahibidir. Şirkət bu payı 2018-ci ildə 222 milyon avroya əldə edib.