Bank

“Express Bank”ın artım dinamikası

Bu ilin üçüncü rübündə aktivlərin həcmində ən böyük artım açıqlayan bank “Express Bank” oldu: 55,8%

"BI" xəbər verir ki, bankın maliyyə hesabatlarına əsasən, “Express Bank”ın faiz gəlirləri 23 milyon 115 min manat, faiz xərcləri 6 milyon 567 min manat olub. Bankın faiz gəlirləri təkcə iyul-avqust-sentyabr aylarında 9 milyon manat artıb. Təbii ki, bu artımda kredit portfelinin böyüməsinin böyük rolu var.

Qeyri-faiz gəlirləri 4 milyon manat artaraq, 9 milyon 314 min manat, qeyri-faiz xərcləri 24 milyon 543 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1 milyon 836 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

"BI "xəbər verir ki, “Express Bank” 2018-ci ilin üçüncü rübünü  3 milyon 155 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.

“Express Bank”ın aktivləri 460 milyon 256 min manat olub ki, bu da illik müqayisədə 55,8% çoxdur. Aktivlərin 214 milyon 426 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8% böyüyüb. Aktivlərin 177 milyona yaxını isə məhz nağd vəsaitlərdir. Eyni zamanda bankın qiymətli kağızlara yatırımı və başqa maliyyə institutlarına verdiyi kreditlərin həcmi 4 milyon manata yaxın artaraq 9 milyon 815 min manata yüksəlib.

 

 

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 2 dəfə artaraq 312 milyon 988 min manata çatıb. Öhdəliklərin 273 milyon 742 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 2,1 dəfə böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 58,5% artaraq 120 milyon 884 min manata, hüquqi şəxslərin depozitləri isə 2,9 dəfə artaraq 152 milyon 858 min manata çatıb.

İl ərzində “Express Bank”ın balans kapitalı isə 3,2% artaraq 147,268 milyon manat təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department