Fazil Məmmədov Almaniyada əməliyyat olunub

Keçmiş vergilər naziri Fazil Məmmədov səhhətində yaranan problemlə əlaqədar Almaniyaya aparılıb.
Almaniyadan verilən məlumata görə, F.Məmmədov bir həftə əvvəl Almaniyanın “Heidelberg” xəstəxanasına yerləşdirilib.
Mənbə eks-nazirin mədəsində əməliyyat aparıldığını, hazırda vəziyyətinin stabil olduğunu qeyd edib.
Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilmişdi.