"Alibaba"nın süni zəka texnologiyası insanı geridə qoyub
Çinin süni zəka tenxologiyası alqoritmlər üçün heç də asan olmayan bir sahədə yüksək nəticələr əldə edib. Beləliklə süni zəka texnologiyaları dil bacarıqlarında sürətlə inkişaf edirlər. Yeni rekord Microsoft şirkətinin MS MARCO məlumatlar toplusundan istifadə edərək əldə olunub. Bu barədə MIT Technology Review saytına istinadən Hightech.plus saytı xəbər verib. Neyroşəbəkə “Korporasiya nədir?” tərz suala cavab vermək üçün çoxlu sayda veb səhifələri emal etməli idi
Bu halda ən düzgün cavab belə olmalıdır: “Korporasiya, vahid təşkilat kimi fəaliyyət göstərməyə səlahiyyət qazanmış və bu halda qanun tərəfindən qəbul edilmiş şirkət və ya insanlardan ibarət qrupdur”. Süni zəkanın nailiyyətləri iki kriteriya əsasında ölçülüb və həmin kriteriyalar insanlarınki ilə eyni olub və ya onları bir qədər üstələyib. Bu alqoritmin rekordunun arxasında böyük machine learning alqoritmi və analiz edilmiş böyük həcmli məlumatlar dayanır.
Alibaba şirkətinin komandası süni zəkaya, suala cavab verməzdən öncə relevant olmayan mətnləri aradan çıxarılması imkanını verən üsul yaradıblar. Mətnin başa düşülməsinin təkmilləşdirilmiş üsulları vasitəsilə şirkət kiçik ticarətçilər ilə ünsiyyətdə olan çatbotları təkmilləşdirə bilərlər. Məlumat axtarışı daha təbii olacaq. Yeni alqoritm şirkətin bulud servislərinin bir hissəsi olacaq və müxtəlif ölkələrin biznesmenləri arasındakı dil sərhədini yox edəcək.
- Eləcə də bax: “Google”etiraf etdi: İstifadəçilər dinlənilir