Avtomobil

Putinin “Aurus”unun qiyməti - AÇIQLANDI

Rusiyanın Sənaye və Ticarət Nazirliyi “Aurus” markasının “Senat” adlı sedanın qiymətini açıqlayıb.

Lenta.ru” xəbər verir ki, “Aurus” markası altında maşınlar Rusiya dövlətinin birinci simaları üçün nəzərdə tutulan avtomobilləri birləşdirən “Kortej” layihəsi çərçivəsində istehsal edilir.

Eləcə də bax: Bakıda yenə "Sarı zolağ"ın tətbiqinə başlanır

İlkin olaraq sedanlar təqribən 18 milyon rubla (təqribən 480 644 manat - red.) satılacaq.

Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.

Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.

Eləcə də bax: "Toyota" öz-özünə şarj olan elektromobil buraxa bilər

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)