Avtomobil

"Toyota" öz-özünə şarj olan elektromobil buraxa bilər

Yaponiya mərkəzli avtomobil istehsalçısı "Toyota" hərəkət halında enerji toplaya bilən elektromobil üzərində çalışır.

Eləcə də bax: Ən çox alınan - ÇİN AVTOMOBİLLƏRİ

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, "Toyota Prius PHV" adlandırılacaq elektrikli avtomobilin bütövlükdə üst hissəsi günəş panelləri ilə təchiz olunub. Beləliklə, elektromobil günəş şüalarının kifayət qədər çox olduğu zamanlarda enerji stansiyasına ehtiyac duymayacaq.

Bu funksiya şarjetmə ehtiyacını aşağı endirdiyi üçün yeni nəsil elektromobillərin xərci də aşağı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)