Vergilər Nazirliyində struktur dəyişiklikləri - YENİ DEPARTAMENT YARADILDI
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.
ENA.az xəbər verir ki, Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.
Eləcə də bax: Azərbaycan şirkəti dünyanın ən böyük neft yatağına kabel məhsulları satacaq
Bundan sonra Ələkbər Məmmədovun rəhbərlik etdiyi Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamenti dəyişərək Dövlət Qeydiyyatı Departamenti, Natiq Şirinovun Baş Direktoru olduğu İqtisadi Təhlil Departamenti isə İqtisadi Təhlil və Uçota Nəzarət Departamenti adlanacaq.
Birinci departamentə rəhbər olaraq Ələkbər Məmmədov, ikincisinə isə Natiq Şirinov təyin edilib.
Eləcə də bax: Keçmiş nazir müavininə Nazirlər Kabinetində vəzifə verilib
Bundan əlavə bəyannamələrlə bağlı səlahiyyətlər Natiq Şirinovdan alınıb və Nazirlikdə Bəyannamələr və Kameral Vergi Yoxlamalarına Nəzarət Departamenti yaradılıb. Onun da baş direktoru Elçin Ağakişiyev təyin edilib.