Qarşıdakı 2 il ərzində 16 şəhərin baş planı hazırlanacaq
![](https://ena.az/uploads/news/2019-07/_ena_575351f9de63fe1dbe8488029_o.jpg)
“Azərbaycanda 3 şəhərin Baş Planı razılaşdırılıb, bu il təsdiq olunması gözlənilir”.
ENA.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev "Caspian European Club" çərçivəsində keçirilən biznes-forumda deyib.
S. Nuriyev 7 şəhərin Baş Planının hazırlandığını da vurğulayıb: "Növbəti 2 il ərzində isə 9 şəhərin Baş Planı hazırlanacaq".