İnşaat və əmlak

Bakıda 5 milyon manata ev satılır - FOTOLAR

Nərimanov rayonunda, Məmməd Araz (keçmiş Teymur Əliyev) və Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən dəbdəbəli villa 5 000 000 manata satışa çıxarılıb.

Ümumi sahəsi 950 kvadratmetr olan 11 otaqlı bu həyət evi 2.2 sot torpaq sahəsində inşa olunub və 4 mərtəbədən ibarətdir. Evin bir kvadratmetrinə düşən dəyəri isə 5 263 manat təşkil edir.

Klassik üslubda yüksək səviyyədə təmir edilən villa tam təchiz olunmuş şəkildə – bahalı mebellərlə birlikdə satılır. Tikinti zamanı yalnız keyfiyyətli və bahalı materiallardan istifadə olunub.

Evin planlaşdırılması və dizaynı fərdi arxitektur layihə əsasında həyata keçirilib, interyerin 80 faizi isə peşəkar rəssamların əl işidir.

Əlavə olaraq, villada 8 yataq otağı, 3 geniş zal, mansard (evin damının içində yerləşən çardağabənzər otaq), hər mərtəbədə sanitar qovşaq, sauna və qapalı hovuz mövcuddur. Bundan əlavə, kombi sistemi, generator, qaraj, manqal və təndir də evin imkanlarına daxildir.

Sözügedən əmlak çıxarışla tam təmin olunub, həmçinin, ipoteka ilə də əldə etmək mümkündür.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)