"Hacı Mazan" avtomobil qəzasına düşüb, ağır xəsarət alıb

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ENA.az xəbər verir ki, hadisə Ələt-astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır.