Baş nazirin Dövlət Xidmətinin keçmiş rəisinə hökumətdə vəzifə verdiyi bildirilir
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən Adil Məmməd oğlu Əhmədovun Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Sərəncamı ilə Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə təyin olunduğu bildirilir.
ENA.az xəbər verir ki, bu barədə "Marja"ya məlumat daxil olub.
Ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi işləmiş Adil Əhmədov bu ilin İyun ayında Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.