Sosial iqtisadiyyat

3 şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan ENA.az-a verilən məlumata görə, iclasda “SELNET” MMC, “MEGALİNK” MMC və “BULUD STORE” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətlərinə baxılıb və hər üç şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department